115 saylı Şəki kənd Seçki Dairəsindən deputat Cavanşir Feyziyevin yenidən mandat sahibi olacağı şübhə doğurmur. Onun rəqiblərinə diqqət yetirəndə bu qənaətə gəlmək olar. Tribunainfo.az-ın xəbərinə görə, biznesi ilə tanınan oliqarx Cavanşir Feyziyev bitərəf namizəddir. Onun dairəsində alternativlərdən biri isə “Kapital Bank”ın əməkdaşı Azər Şükürzadədir. Onun öz təşəbbüsü ilə namizədliyini irəli sürdüyü qeyd olunub. Bu dairədən YAP-ın namizədi isə Şəki Elektrik Stansiyası MMC-dən Niymət Yusibovdur.
Afət