“Kapital Bank” adamı axmaq yerinə qoyub” – Müştəri

“Kapital Bank” adamı axmaq yerinə qoyub” – Müştəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bankın taksit kartında aylıq 50 azn ödəniş var. Mən heç vaxt gecikdirmirəm. O gün təcili pul lazım olub 100 azn götürdüm kartdan, dedim, sabah onsuz yerinə qoyaram. 100 manatı yerinə qoydum, bir də gördüm pul çıxıb 2 aylıq telefon puluna” . Tribunainfo.az bildirir ki, Taleh Quliyev şikayətində belə deyib.
“Çata yazıram, qaqaş elə bil robotdu. Standart, baş qarışdıran cavablar verir. Zəng etdim, deyirəm, sizə kim icazə verir axı mənim taksit ödənişimi 2 ay qabağa edəsiz? Deyir, borc varsa ödənməlidir də. İş orasındadır ki, bu kart onsuz da borc kartı sayılır və mənə görə borc gecikdirdiyim məbləğ ola bilər. Əgər belədirsə nəyə görə aylara bölmə deyilən bir şey var?! Deyirəm, borc aylara bölünür ki, aylıq rahat ödəyəsən. O pulu kim icazə verdi sizə telefon ödənişinə tutasız? Deyir, ardıcıllıq belədir. Deyirəm, mən onu özüm atdım karta ki, götürdüyüm 100 manatı yerinə qoyum. Axır dedim, pulu geri qaytarın karta, onu ödəyim, aylığı isə onsuz da hər ay gecikdirmədən ödəyirəm. Bir sözlə özbaşınalıq. Cavab “Mümkün deyil oldu”. Mənə bu maddi olaraq təsir etmir, amma təsəvvür edin, çaşıb birdən karta 500 manat atsaz pul gedəcək avtomatik borclara xəbərdar olunmadan. Nə qədər özümü ağıllı bilib bu kartdan ağıllı istifadə etməyə çalışsam da, axırda mən də axmaq çıxdım”- deyə müştəri başına gələnləri qeyd edib.