Kanalizasiyada zəhərlənənlərlə bağlı BƏD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusunda xilasetmə zamanı zəhərlənən 4 nəfər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. 

Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusunda xilasetmə zamanı zəhərlənən 4 nəfər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Şöbə müdiri Azər Maqsudov TİA.AZ-a açıqlamasında bildirib ki, onlardan ikisinin vəziyyəti kəskin ağır dəyərləndirilir:

“Həmin şəxslər reanimasiyaya yerləşdirilib. Onların tənəffüs yolları zəhərlənməyə məruz qalıb. Buna görə də, lazımi tədbirlər həyata keçirilir. Digər iki nəfərin isə vəziyyəti orta ağır olaraq qalır. Onlara da intensiv terapiya tətbiq edilir”.

Qeyd edək ki, ötən gün Sumqayıt şəhər sakini kanalizasiyaya düşüb. Hadisə nəticəsində həmin şəxs və onu xilas etmək istəyən Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı ölüb. 4 nəfər isə qazdan zəhərlənib. Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasında ilkin yarımdan sonra həmin şəxslər Bakıya göndərilib.