Kanalizasiya quyusuna düşən şəxs və FHN əməkdaşı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb və ölüb. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. 

Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb və ölüb. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Quyuya düşən şəxs ölüb. Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Sumqayıt şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Onlardan ikisinin vəziyyəti ağırdır. (apa)