Rusiyanın xalq artisti Filip Kirkorovla ölkənin ən məşhur musiqi kanalı olan Ru TV arasında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə müğənni telekanaldan son klipi “Çvet nastroyeniya siniy”i yayımdan qaldırmasını tələb edib.
Buna səbəb Kirkorovun klipində rol alan repçi Timatinin olduğu səhnələrin kəsilməsi və “Blur” effektinin verilməsidir. Filip Ru TV-nin reperə qərəzli addım atdığını bildirib və buna etiraz edib.
Kanal rəhbərliyi mövzu ilə bağlı hələki açıqlama verməyib.
İddia olunur ki, TV-nin belə addım atmasına səbəb Timatinin müğənni YurKisslə baş tutmayan işbirliyidir. Belə ki, reper gənc ifaçı ilə duet oxumaq istəməyib.
Xatırladaq ki, YurKiss Ru TV-nin rəhbərinin oğludur.