Kanada hakimiyyəti 2022-ci ilin sonunda Ermənistanda səfirlik açacağını elan edib.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Melani Coli İrəvanda səfirliyin açılış mərasimində iştirak etmək üçün sentyabrda Ermənistana səfər edəcək . Bu barədə Kanadanın “Hay Data” ofisi məlumat yayıb .
Qeyd olunur ki, Coli gözlənilən səfərini Hay Dat ofisinin nümayəndələri ilə görüşdə açıqlayıb.
Bundan əlavə, görüş iştirakçıları Laçın dəhlizinin qarşısını alması fonunda Qarabağdakı humanitar vəziyyəti müzakirə ediblər.