Kanadanın baş naziri: “Putin “problemli”, Tramp isə “qeyri-müəyyən” adamdır”

Kanadanın baş naziri: “Putin “problemli”, Tramp isə “qeyri-müəyyən” adamdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada baş naziri Castin Trüdo Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampı bir ifadə ilə səciyyələndirib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə yerli CTV News-un məlumatında deyilir.

Kanalın əməkdaşları baş naziri “sorğu-sual”a çəkiblər.

Verilişin formatına görə, qonaq verilən sualları olduqca tez və bir sözlə cavablandırmalıdır.

Trüdo Rusiya liderini “problemli”, ABŞ dövlət başçısını isə “qeyri-müəyyən adam” kimi xarakterizə edib.

Qeyd olunur ki, Donald Trampın prezidentliyi ABŞ-Kanada münasibətlərinin ən soyuq olduğu dövrü göstərir. Bunun ən böyük örnəklərindən biri kimi də D.Trampın BMT Baş Assambleyasında ənənəvi olaraq, iki ölkə rəhbərinin təkbətək görüşündən imtina etməsini göstərmək olar.

Bundan əlavə Donad Tramp bu ilin iyununda Kanadada keçirilən “Böyük yeddilik” ölkələrinin sammitinin gedişində “tvitter”də Castin Trüdonu sərt şəkildə tənqid edərək, onu “qərarsız”, “yalançı” və “qeyri-dürüst” adlandırmışdı.

ABŞ prezidenti vaxtaşırı “tvit”lərində kanadalı həmkarını ağır sözlərlə “xatırlayır”.