Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Kanadanın xarici işlər naziri Melani Coli Qarabağı müzakirə ediblər. Tribunainfo.az xəbər verir ki, kanadalı nazir bundan əvvəl erməni həmkarı ilə Qarabağdakı “humanitar böhran”dan danışıb. Xatırladaq ki, forumda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.