backend

Kanadadan miqrantlarla bağlı şok QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada hökuməti qəbul etdiyi 25 min suriyalı miqranta hər ay ödənən maliyyə yardımını dayandırıb. 

Kanadada hökuməti qəbul etdiyi 25 min suriyalı miqranta hər ay ödənən maliyyə yardımını dayandırıb.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Kanada hökuməti indiyədək Torontonun müxtəlif bölgələrində yerləşdirilən 5 min 200 nəfər suriyalı miqrant ailəsinə hər ay orta hesabla təqribən 1 824 ABŞ dolları yardım edirdi.

Ancaq Kanada hökuməti bu maliyyə yardımının dayandırıldığını açıqlayıb.

Hökumətin bu qərarı könüllü yardım edən insanların da narahatlığına səbəb olub.

Mərkəzi ofisi Torontoda yerləşən Suriya Fəal Könüllüləri Təşkilatının icraçı direktoru Sami Jifri bildirib ki, sözügedən qərar doğru deyil: “Bu insanlar hələ ki, özləri çalışıb ailələrini saxlamağa malik deyillər. Onların Kanadada bir işdə çalışmaları üçün ingilis dilini öyrənmələri tələb olunur. Miqrantlar hökumətin indiyədək verdiyi yardım vəsaitinin çox hissəsini də kommunal xidmətlərə xərcləyirlər. Buna görə də Suriyadan olan bu insanların dövlətin yardımına ciddi ehtiyacları var”.