backend

Kanadada daha bir məscidə hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada Monreal şəhərində məscidə hücum təşkil edilib. 

Kanadada Monreal şəhərində məscidə hücum təşkil edilib.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, “Khadijah Masjid Islamic Centre” adlı məscid naməlum şəxslər tərəfindən daşlanıb.

Məscidin şüşələri qırılıb. Bu, son bir neçə gün ərzində məscidə ikinci hücumdur. Şəhər polisinin məlumatına görə, bir neçə gün əvvəl məscidin divarlarına boya ilə yazılar yazan şəxslər məscidə yumurta atıblar.

“Son hücuma qədər hadisəni ciddi qəbul etməmişdik. Ancaq sonuncu hücum bir vandalizmdir”, – deyə məscidin rəhbəri Asik Əhməd deyib.

Xatırladaq ki, yanvarın 30-da Kanadanın Kvebek şəhərindəki məscidə 3 silahlı şəxs hücum edib. Hücum zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə zamanı ibadətgahda 40-a yaxın adam olub.