Kanada Azərbaycan hökumətini Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və mülki əhali üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyə çağırıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatında deyilir.
“Kanada Azərbaycan Müdafiə Nazirliyinin elan etdiyi hərbi müdaxilə nəticəsində Qarabağda hərbi vəziyyətin gərginləşməsi və humanitar vəziyyətin pisləşməsindən ciddi narahatdır. Kanada gələcək humanitar nəticələrin qarşısını almaq üçün Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa çağırır”, – bəyanatda deyilir.
Bəyanatda həmçinin münaqişənin sülh yolu ilə həlli, tərəflər arasında dialoq, gücdən istifadə etməmək və münaqişənin həllində “ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə”nin vacibliyi vurğulanır.