Kurikulum qeyri -adi bir təhsil alma forması deyil. Bu təlim standartları və metodlarını özündə əks etdirən orta təhsil sənədidir.
Kurikulum qeyri -adi bir təhsil alma forması deyil. Bu təlim standartları və metodlarını özündə əks etdirən orta təhsil sənədidir.
Bu sözləri TİA.AZ-a kurikulum sisteminin yenidən işlənib hazırlanması ilə bağlı məsələyə münasibətini açıqlayarkən təhsil eksperti Kamran Əsədov deyib.
“Nəzərə alsaq, bu kurikulum standartları 2003-2008-ci illərdə hazırlanıb və keçən müddət ərzində istər Azərbaycanın, istərsə də dünyanın təhsilə baxışı, yanaşması dəyişib, əmək bazarının tələbləri yenilənib. Ona görə də, bu sənəddə müəyyən dəyişikliklər edilməsi qaçılmazdır. Mən 3 ildir qeyd edirəm ki, kurikulumun standartlarına yenidən baxmaq, redaktə xarakterli məcburi dəyişikliklər etmək lazımdır. Birincisi, necə deyərlər bu sənəd köhnəlib, qanunvericilik tələb edir ki, azı 5 ildən bir bu sənəd yenidən işlənsin. İkincisi, kurikulumun müəyyən fənlər üzrə əsas və alt standartlarının reallaşması ya mümkün deyil, ya da ki, reallaşması əhəmiyyətsizdir. Şagird bir sıra standartları tədris prosesində reallaşdırmaqla heç bir mütərəqqi və əhəmiyyətli bilik, bacarıq, vərdiş əldə etmir”.
İlahə