backend

KAMRAN ƏSƏDOV: “BUNU BİZİMKİLƏR KƏŞF EDİB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) 16 may 2017-ci il tarixində Respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirir. 

Dövlət İmtahan Mərkəzi (DİM) 16 may 2017-ci il tarixində Respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirir.

Bu monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur.

Təhsil eksperti Kamran Əsədov TİA.AZa bildirdi ki, bu zaman monitorinq imtahanın keçirilməsi aydın deyil: “Axı bunlar təhsillərini başa vururlar. Bundan başqa 11-cilər aprelin 30-u və mayın 7-i qəbul imtahanı veriblər. Əlavə olaraq, mayın 27-i və iyunun 11-i sınaq, iyun ayında buraxılış, iyul ayında yenidən qəbul imtahanı verəcəklər.
O imtahan sualları ilə istədiyiniz monitorinqi aparmaq olar. Yazıq abituriyentləri 2 ay ərzində bu qədər imtahana, stresə salmağa nə ehtiyac var? Onsuzda onlar qəbul imtahanlarında orta məktəb bilikləri ilə iştirak etmirlər, məhz hazırlıqda əldə etdikləri biliklərlə ballar toplaya bilirlər. Başqa bir problem də var ki, indi monitorinq imtahanları keçirilən məktəblərdə Bakıda hazırlaşan 100-lə şagird var. İndi onlar rayona gedəcəklər”.

Ekspert deyir ki, rayonlarda elə məktəblər var ki, direktorlar məktəbin qəbul nəticələri olsun deyə bal toplayan şagirdləri aralarında bölüşdürüblər: “Şagirdlərin adı bir məktəbdə gedir, özləri isə başqa məktəbdə dərsə gedir. Dünya təhsil sistemində belə təhsil alma forması müəyyən edilməyib ki, bizimkilər kəşf ediblər”.

İlahə