Kamran Ağayev Kosovo ilə matçda qəsdən oynamayıb? – VİDEO

Kamran Ağayev Kosovo ilə matçda qəsdən oynamayıb? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının sonuncu turunda Kosovoya 0:4 hesabı ilə uduzması böyük müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, xüsusən qapıçımız Kamran Ağayevin zədəli olmadığı halda səfərə zədəni bəhanə gətirib getmədiyi bildirilir.

Bununla bağlı millinin həkimi Vyaçeslav Xomenko “Xəzər TV”yə açıqlamasında duruma belə aydınlıq gətirib:

“Farer adaları ilə oyunun fasiləsində baxdıq və yüngül zədə olduğunu gördük. Matça davam edib-etməməsini soruşduq. Oynamaq istəmədi, razılaşdıq. Kosovo ilə qarşılaşmadan öncə isə kiçik zədəsi davam edirdi. Amma ciddi deyildi. Belə şeylərə tez-tez rast gəlinir. Getməmək qərarını özü verdi”.“Keşlə” isə futbolçusu Kamran Ağayevə yönələn  ittihamları təkzib edib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov 32 yaşlı oyunçunun baldır nahiyəsindən zədələndiyini vurğulayıb. O, yığmanın düşərgəsindən zədəli qayıdan qapıçının həkim nəzarətində olduğunu, hərəkət edərkən ayağında ağrılar olduğu üçün məşqlərə də qatıla bilmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Premyer Liqanın XII turunda bu gün “Qəbələ” ilə keçiriləcək matçda qapıda Davud Kəriminin duracağı dəqiqdir. Yaxınlarda atasını itirmiş Kərimi “Keşlə”də rəsmi debütünü gerçəkləşdirəcək. Bu futbolçu da saytımıza açıqlamasında həmkarının doğrudan da zədəli olduğunu bildirib:

“Mən gördüyümə əsasən danışıram. Kamran məşqlərə çıxmır. O axsayır. Onun ayağının altında zədə var”.