Kamil Zeynallı Ermənistana veriləcəkmi? – Hüquqşünas açıqladı

Kamil Zeynallı Ermənistana veriləcəkmi? – Hüquqşünas açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfiri və Diaspora Komitəsi dərhal hərəkətə keçməlidir.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bikdirib. O qeyd edib ki, Kamil Zeynallının Ermənistan tərəfindən beynəlxalq axtarışa verilməsinin heç bir əsası yoxdur:

“Azərbaycan tərəfi müharibə zamanı beynəlxalq hümanitar hüququn bütün normalraına əməl etdiyi üçün nəinki Kamil Zeynallını heç bir Azərbaycan vətəndaşını axtarışa verə bilməz. Bu məsələ diplomatik yolla həll edilməli dərhal Kamil Zeynalının müdafiə hüququ təmin edilməlidir. Bu məslədə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri və Diaspora Komitəsi dərhal hərəkətə keçməlidir. Bu hüquq məsləsindən çox milli qürur məsləsidir”.

Nigar İxtiyarqızı