Filologiya elmləri doktoru professor Kamil Vəli Nərimanoğlu vəfat edib.
Tribunainfo.az xəbər verir ki, uzun illərdir Türkiyənin İstanbul şəhərində yaşayan Nərimanoğlu bu gün vəfat edib.
Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur.
O, 1977-ci ildən “Azərbaycan” jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvüdür.
Nərimanoğlu 1991–1992-ci illərdə Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Ağdəniz Universitetində professor vəzifəsində çalışmış və dərs demişdir. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq universitetinin fəxri professorudur. Azərbaycan Yazıçılar Birliyinin məclis, Ali Attestasiya Komissiyasının ekspertlər şurasının üzvü olmuşdur. Dünyanın 20-dən artıq ölkəsində elmi konfranslarda çıxış etmişdir.