Kamil Əliyevin rəhbərlik etdiyi şirkət barəsində protokol tərtib edildibackend

Kamil Əliyevin rəhbərlik etdiyi şirkət barəsində protokol tərtib edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azvirt” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun icraatındadır.

Qeyd: MMC-nin qanuni təmsilçisi Kamil Əliyev Əli oğludur.