KAMİKADZELƏR ARASINDA RUSLAR DAHA ÇOXDUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 TİA.AZ “newsru.co.il” -ə istinadən xəbər verir ki, Haaqada yerləşən Terrorla Mübarizə Beynəlxalq Mərkəzi “İslam dövləti” terror qruplaşmasının intihar tətbiqinə həsr olunmuş hesabat dərc edib. 

 TİA.AZ “newsru.co.il” -ə istinadən xəbər verir ki, Haaqada yerləşən Terrorla Mübarizə Beynəlxalq Mərkəzi “İslam dövləti” terror qruplaşmasının intihar tətbiqinə həsr olunmuş hesabat dərc edib.

2015-ci ilin sonundan 2016-ci ilin sonuna kimi bu dövrləri əhatə edən sənədə əsasən, hərbi əməliyyatlar nəticəsində Suriya və İraqda intihar edənlərin sayı kəskin şəkildə artıb. İntihar edənlərin 74% -i İraq və Suriya vətəndaşı, qalanları isə xaricilərdir.

184 özünü partlatmış terrorçu “əl-İraq” ləqəbindən istifadə ediblər, “əş-Şami” ləqəbli 104 nəfər isə Suriya mənşəli olduğunu göstəribdir. Daha 196 nəfər isə “əl-Ənsari” kimi məlum olsa da, vətəndaşlıq göstərməyiblər. Digər dövlət nümayəndələri arasında Tacikistan vətəndaşları siyahının lideri olaraq, 27 terror aktı törədiblər. İkinci yeri Səudiyyə Ərəbistanı və Mərakeş bölüşürlər. Onların adlarına siyahıda 17 dəfə rast gəlinir.

Siyahıda onlar arasında tunislilər ( 14 nəfər), ruslar (13), misirlilər (11), fələstinlilər (9), iranlılar və çinlilər (6), liviya və iordaniyalılar (4) terror aktı törətmişlər.


İlahə