Təcili tibbi yardım maşını yanıb.
Təcili tibbi yardım maşını yanıb.
TİA.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.