Kamala Harris lazım olan səsi topladı

Kamala Harris lazım olan səsi topladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın vitse-prezidenti Kamala Harris onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplayıb.
Tribunainfo.az axar.az-a istinadən bildirir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.

“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda demokratların rəsmi namizədi olacaq”, – o bildirib.