Kamala Harris Kaliforniyanın qubernatoru ola bilər

Kamala Harris Kaliforniyanın qubernatoru ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində uduzan Kamala Harris siyasi karyerası üçün yeni perspektivlər axtarır. Tribunainfo.az “Newsweek”ə istinadən xəbər verir ki, onun Kaliforniya qubernatoru olması ehtimalı var.

Bundan əlavə, onun ABŞ Ali Məhkəməsinin hakimi ola biləcəyi məsələsi də gündəmə gətirilib. Lakin Harrisin bu istəyinin real olub, olmaması məsələsi sual altındadır.

Qeyd edək ki, hazırda Kaliforniya qubernatoru Gavin Newsomun səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Bu, Harrisə doğma ştatına qayıtmaq və həmin ştatın icra hakimiyyətinə başçılıq etmək imkanı verir. Bundan əlavə, qubernator olarsa, 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürə biləcək.