Türkiyəli mərhum aktyor Kamal Sunalın vəfat etdiyi təyyarənin görüntüləri yayılıb.
Tribunainfo.az xəbər verir ki, sənətçinin “Balalayka” filminin çəkilişləri üçün mindiyi və infarktdan dünyasını dəyişdiyi hava nəqliyyatı indi Kastamonuda təyyarə kafesi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, “Yeşilçam”ın ustad aktyoru 3 iyul 2000-ci ildə 55 yaşında vəfat edib.