Azərbaycan Dillər Universitetinin texniki avadanlıqların və tikinti materiallarının alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu (98 300 AZN) və tender (141 450 AZN) ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Qeyd olunub ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Alınacaq avadanlıqlara və materiallara noutbuk, printer, proyektor, kabel, komputer masası, divan, sement, qum, çınqıl, mişar daşı və s. daxildir.
Qeyd: Universitetin rektoru filoloq Kamal Abdulladır.