Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla bu gün universitetin akt zalında ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çalışan universitetin 1000 nəfərə yaxın könüllü tələbəsinin böyük bir qrupu və akademik borcu olan tələblərlə görüşüb, onların problemləri ilə maraqlanıb. 

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla bu gün universitetin akt zalında ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çalışan universitetin 1000 nəfərə yaxın könüllü tələbəsinin böyük bir qrupu və akademik borcu olan tələblərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

 

Moderator.az-ın məlumatına görə, tələbələr yeni rektoru sürəkli alqışlar və böyük coşğu ilə qarşılayıblar.

Tədbiri giriş sözü ilə açan ADU-nun prorektoru Əfqan  Abdullayev hamını salamlayıb, tədbir iştirakçıları adından yeni rektor təyin edilən Kamal Abdullanı təbrik edib və sözü yeni rektora verib.

Akademik Kamal Abdulla təbdir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ona çox böyük etimad göstərib. Bu etimada görə ölkə başçısına təşəkkürünü bildirən rektor, bildirib ki, ölkə başçısının bu yüksək etimadını doğrultmaq üçün var gücü ilə çalışacaq.

Kamal Abdulla deyib ki, ölkə başçısı cənab İlham Əliyev hər sahədə olduğu kimi təhsil sahəsində də, xüsusən Dillər Univeristeti ilə bağlı konkret hədəflər göstərib və bu hədəflərə çatmaq üçün universitetin hər bir təlbəsi də, hər bir əməkdaşı da əzmlə çalışmalıdır.  

 

Rektor xatırladıb ki, ADU onun üçün əziz yerdir, uzun illər burda çalışıb, yenidən doğma kollektivə qayıtdığı üçün özünü xoşbəxt hiss edir.

Rektor ölkəmizdə keçirilən beynəlxalq idman və mədəniyyət istiqamətli tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edən, Azərbaycan mədəniyyətini, Azərbaycan gəncliyini dünyaya tanıdan Universitetin 1000 nəfərdən çox könüllülərin ə Universitet adından və şəxsən öz adından təşəkkürlərini bildirib. Akademik Kamal Abdulla daha sonra akademik borcu olan tələbələrin problemləri ilə tanış olduğunu dilə gətirib, problemlərin həlli üçün konkret göstərişlər verib. Tələbələr bu müsbət göstərişləri böyük alqışlarla qarşılayıblar.

Rektor akademik borcu olan tələbələrin kəsrlərinin ödənməsi məqsədilə təşkil edilən yay məktəbinin ödənişsiz olması barədə göstəriş verib. Qeyd edək ki, ölkə universitetləri arasında ilk dəfədir belə bir addım atılır. Bu addımı çox böyük sevinclə qarşılayan tələbələr rektora atdığı bu humanist addıma görə təşəkkürlərini ifadə ediblər.

Kamal Abdulla qeyd edib ki, o öz prinsiplərinə sadiqdir, “mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, eyni  zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm”. Rektorun bu fikirləri də gurultulu alşıqlarla qarşılanıb.  

Rektor hər bir tələbənin əlavə ədəbiyyat oxumasının vacibliyini diqqətə çatdırıb, əlavə edib ki, dekanlar tələblərin ixtisasına uyğun 10 əsər müyyənləşdirməli, tələbələr isə bu əsərləri mütləq oxumalıdırlar, əsərləri oxumayan tələbələr imtahana buraxılmayacaq.

Kamal Abdulla hər bir tələbənin ikinci xarici dil bilməsinin vacibliyini vurğulayıb, bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıb.

Rektor universitetin əsas binasında kitabxananın olmamasını təəssüflə qeyd edərək məlumat verib ki, problemin həlli üçün ilk addım olaraq kitabxana punktunun yaradılması nəzərdə tutulur.

Sonda rektor tələbələrin imtahanla bağlı, dərs prosesində olan problemlər, dərs vəsaitlərinin çatışmaması ilə əlaqədar suallarını cavablandırılıb. Qeyd etmək lazımdır ki, təxminən 50-yə yaxın tələbə onları maraqlandıran suallarla bağlı rektora sual ünvanlayıb və Kamal Abdulla bütün sualları cavablandırıb.