Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Bu barədə “ABC” telekanalı məlumat yayıb.

TİA.AZ  TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölüm halları daha çox ştatın şimalındakı Bitt dairəsində qeydə alınıb. Orada 450 kvadratkilometrdən çox ərazi yanıb. Yanğını 25 faiz lokallaşdırmaq mümkün olub.

Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib. ABŞ Prezidenti Donald Tramp təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün federal büdcədən vəsait ayrılması barədə göstəriş verib.