Kadırovun sərt çıxşışından sonra çeçen toylarında bu hədiyyələr qadağan edildi

Kadırovun sərt çıxşışından sonra çeçen toylarında bu hədiyyələr qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çeçenistanda toy şənlikləri üçün 11 bənddən ibarət məcburi normalar toplusu yaradılıb. Sənədi Respublika Müsəlmanları Ruhani İdarəsi təsdiqləyib və Çeçenistan müftisi Salah-Xadji Mejiyev imzalayıb.

Tribunainfo.az xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov əvvəllər yerli toylardakı həddən artıq və bahalı hədiyyələrdən qəzəblənib. “Cəmiyyətdə dinə və milli adətlərə kökündən zidd olan tamamilə absurd qaydalar tətbiq olunur”, – o deyib.

“Vedomosti” xəbər yazıb ki, yeni qaydalar “islama uyğun olmayan hər hansı artıqlığı: brilyant üzüklər, xəz paltolar, məişət texnikası, mənzillər, avtomobillər kimi bahalı hədiyyələri” ciddi şəkildə qadağan edir.
Çeçenistanda toyların keçirilməsi üçün normalar toplusunda deyilir ki, bundan sonra gəlinə toy hədiyyəsi 50 min rubl olmalıdır və bura çay, şəkər və qoç daxil ola bilər. Eyni zamanda, gəlinin qiymətinin ölçüsü müəyyən edilməyib.