Kadırovun 15 yaşlı oğlu ordenlə TƏLTİF EDİLDİbackend

Kadırovun 15 yaşlı oğlu ordenlə TƏLTİF EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adam 1-ci dərəcəli “İslam dininə xidmətə görə” ordeni ilə təltif edilib.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət və xarici əlaqələr naziri Əhməd Dudayev özünün teleqram kanalında bildirib.

Mükafatı noyabrın 15-də Qroznıda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində Çeçenistanın müftisi Şeyx Salah-Hacı Mejiyev təqdim edib.

“Orden İslamın möhkəmlənməsinə və dəyərlərinin qorunmasına görə verilib”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, Kadırovun oğulları Axmat, Eli və Adam noyabrın 9-da Çeçenistan parlamentinin ən yüksək “Vətən Şərəfi” ordeni ilə təltif edilib.