backend

Kadırovdan mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan prezidenti Ramzan Kadırov terrorçuların ailələri, yaxınları ilə bağlı mühüm addım atmağı planlaşdırır. 

Çeçenistan prezidenti Ramzan Kadırov terrorçuların ailələri, yaxınları ilə bağlı mühüm addım atmağı planlaşdırır.

TİA.AZ rus KİV-nə istinadən xəbər verir ki, lider terrorçulara yardım edən yaxınlarını, ailə üzvlərini Çeçenistandan çıxarmağı düşünür. O, bu barədə “RT” xəbər portalına müsahibəsində danışıb. 

Kadırov bildirib ki, söhbət oğlu, qardaşı terrorçu qruplara qoşulan şəxslərdən gedir: “Mən oğlu, qardaşı terror yolunda gedənləri, onlara maddi dəstək olan insanları nəzərdə tuturam. Bizi öldürmək üçün çalışan insanlara kömək edənləri biz niyə yedirtməli, maliyyələşdirməli, torpağımızda saxlamalıyıq?! Belə ailələri bölgədən çıxaracağıq”. 

Prezident onu da əlavə edib ki, terrorçulara kömək edən  yaxınları onların şəriki hesab edilir.