Ukrayna ordusunun 225-ci Əlahiddə Hücum Briqadasının əsgərləri Çeşenistandan olan “Axmat” hərbi birləşməsinin döyüşçülərini əsir götürüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna və Rusiya “teleqram” kanalları məlumat yayıblar. Həmçinin, əsir götürülən “kadırovçular”ın videogörüntüləri yayımlanıb. Onlar Qroznıdan olduqlarını və “Axmat”ın tərkibində döyüşdüklərini etitaf ediblər. “Kadırovçular” adətən arxa xətlərdə xidmət apardıqları, “qaynar nöqtələr”ə göndərilmədikləri və Rusiya ordusunda bir növ “toxunulmaz” statusuna malik olduqlarından onların əsir düşməsi heç də tez-tez rast gəlinən hal deyil.
Məlumatda qeyd olunur ki, gəlcəkdə əsir mübadiləsi üçün “kadırovçular” xüsusi əhəmiyyət kəsb edirlər. Çünki onlar daha “qiymətli” sayılırlar və adətən ilk növbədə onların dəyişdirilməsi üçün Rusiya tərəfi əlindən gələni edir.