Kadırov “yoxa çıxıb” – Sonuncu dəfə yanvarın 8-də görünüb

Kadırov “yoxa çıxıb” – Sonuncu dəfə yanvarın 8-də görünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramzan Kadırov yanvarın əvvəlindən ictimai tədbirlərdə görünmür. Bu, Çeçenistan rəhbərinin bir neçə ildir ki, təkzib etdiyi sağlamlıq problemləri ilə izah oluna bilər.

Tribunainfo.az xəbər verir ki, Rusiya “teleqram” kanallarının yazdığına görə, Kadırov sonuncu dəfə yanvarın 8-də kütləvi tədbirdə iştirak edib. Həmin gün o, atasının şərəfinə memorial açılışına qatılıb və həmin tədbirdə Çeçenistandakı bütün hərbiləşdirilmiş birləşmələrin müstəsna olaraq ona tabe olduğunu bəyan edib.

O vaxtdan bəri Kadırov ictimaiyyət qarşısına çıxmayıb. Qeyd edək ki, ötən ilin yanvarında da Çeçenistan rəhbəri iki həftədən çox müddətə yoxa çıxmışdı..
Bu arada Çeçenistanın Milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Kadırovla bağlı şaiyələri təkzib edərək bildirib ki, Çeçenistan rəhbəri yanvarın 13-dən rəsmən məzuniyyətdədir.

Qeyd edək ki, Ramzan Kadırovun mümkün xəstəliyi ilə bağlı xəbərlər əsasən 2019-cu ildən bəri ortaya çıxır. 2023-cü ilin sentyabrında onun hətta komada olduğu barədə məlumatlar yayılmışdı. Həmin ərəfədə dərc olunan foto və videolarda onun doğrudan da xəstə olduğu hiss edilirdi. 2024-cü il aprelin sonunda “Novaya qazeta”nın jurnalistləri bildirdilər ki, onların məlumatına görə, Çeçenistan rəhbəri beş ilə yaxındır ki, “mədəaltı vəzin nekrozu” xəstəliyindən əziyyət çəkir.

C.Məmmədov