Kadırov sözünü geri götürdü: Təhrif ediblər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov mətbuatı Rusiyaya qarşı çıxmağa hazır olması barədə fikirlərini təhrif etməkdə günahlandırıb.

 

Çeçenistan rəhbəri Ramzan Kadırov mətbuatı Rusiyaya qarşı çıxmağa hazır olması barədə fikirlərini təhrif etməkdə günahlandırıb.

Axar.az xəbər verir ki, Kadırov bu barədə Teleqram hesabında yazıb.

“Mətbuatda mənim sözlərim təhrif olundu. Düşünürəm ki, bunu məqsədyönlü şəkildə ediblər. Bundan sonra bəzi jurnalistlər həmin yalanla ardıcıl olaraq sui-qəsd nəzəriyyələri qurmağa başladılar. Hər nə qədər bəzi mətbuat orqanları mən və Çeçenistan üzərindən reytinq toplamağa cəhd etsələr də, mən hələ də onların qeyri-peşəkarlığına təəccüblənirəm”, – Kadırov bildirib.

Qeyd edək ki, Kadırovun “əgər Rusiya belə Myanma hökumətinin müdafiəsinə qalxsa, mən ona da qarşı çıxmağa hazıram” ifadəsi Rusiya ictimaiyyətində böyük rezonans doğurmuşdu.