“Qarabağ”a qayıdacağı ilə gündəmə gələn braziliyalı yarımmüdafiəçi Kadi Borgesin yeni klubu bəlli olub.
Tribunainfo.az xəbər verir ki, Rusiyanın “Krasnodar” klubunda çıxış edən təcrübəli futbolçu Macarıstan təmsilçisi “Ferentsvaroş”a transfer olub.
Bu barədə Krasnodar klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Kadinin yenidən “Qarabağ”a qayıdacağı gündəmdə idi. Hətta futbolçu ilə Ağdam təmsilçisi arasında razılıq olduğu bildirilirdi. Amma Rusiya təmsilçisi daha çox pul ödəyən Macarıstan klubuna transfer olunub.