Kadi Borxes “Krasnodar”ı seçərkən Ramil Şeydayevlə məsləhətləşibbackend

Kadi Borxes “Krasnodar”ı seçərkən Ramil Şeydayevlə məsləhətləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”dan ayrılıb “Krasnodar” klubuna keçən Kadi Borxes Rusiya mətbuatına açıqlama verib.

O, transferindən söz açıb:

“Azərbaycana getməmişdən öncə də Rusiya klubları mənə təklif göndərmişdi. “Krasnodar”ın mənə təklif göndərməsindən 3 ay əvvəl “Qarabağ”la yeni müqavilə imzalamışdım. İnanmırdım ki, bu klub lazım olan təzminatı ödəyəcək. Amma vəziyyətin ciddi olduğunu görəndə agentimə bildirdim ki, bu təklifi qəbul edə bilərəm”.

Kadi “Krasnodar”a gedərkən bir neçə futbolçu ilə məsləhətləşdiyini bildirib: “Ramil Şeydayev Rusiyada çıxış edib. Onunla danışdım və klub haqqında suallar verdim. Başqa da bir neçə futbolçu ilə söhbət etdim. Onların cavabları seçimimdə rol oynadı”