Jurnalistlərin binasından ev almaq istəyən Vaqif Əsədovun villası — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istəyən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, “NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb. Jurnalistlər üçün inşa edilən binadan ev almaq istəyən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, “NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb.

Ölkə.az sözügedən villanın fotolarını çəkməyə nail olub.

Sözügedən 3 mərtəbəli bahalı villa paytaxtın Babək prospektinin üzərində yerləşir. Villanın qiymətinin milyon manatdan çox olduğu deyilir. Sözügedən villanın Vaqif Əsədova məxsus olmasını qonşular da təsdiq edib.






 

Qonşular bildirib ki, Vaqif Əsədovun “NZS”-də başqa bir villası da var.

“Vaqif müəllim, bu villanı yeni tikdirib. Özü də tez-tez bura gəlir. Əvvəl onun evi “NZS”-də məktəb tərəfdə idi. O köhnə evidir. Bunu isə yeni tikdirib”, – deyə Vaqif Əsədovun qonşuları deyib.

Qonşuların fikirlərinə görə, Vaqif Əsədovun “NZS” qəsəbəsində digər obyektləri də var.

Vaqif Əsədova məxsus olduğu deyilən 3 mərtəbəli villanın fotolarını təqdim edirik.

Xatırladaq ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini bildirib.

V.Əsədov mətbuata açıqlamasında ev almaq istədiyini inkar etməyib:

“Haqqında yazılan onu gözü götürməyənlərin növbəti qarayaxmalarıdır. Əvvəla, mənim evim yoxdur. Ailə üzvlərim isə çoxdur. Siz heç bilirsiniz, mənim nə qədər ailə üzvüm var? Kimin nə yazdığından asılı olmayaraq, Allah alnımıza nə yazıbsa, o da olacaq. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil. Mənzil almaq üçün müraciət etmişəm, ya etməmişəm ondan kimə nə? Əgər yazırlarsa ki, Vaqif Əsədovun villası filanı var, yenə deyirəm, bu ancaq paxılıq hissidir, onlar haqq-ədalət hissini unudublar. Əgər haqqımda yazılanlar həqiqətən varsa, onda başqaları buna niyə kədərlənir, niyə paxıllıq hissini ortaya qoyurlar? Tutaq ki, evim var, yenə də ev istəyirəm. Bunun kimə nə aidiyyatı var, heç bilirlər mən hansı şəraitdə yaşayıram? Ən azından məni mətbuat nümayəndəsi kimi qəbul edənlər, necə olur ki, ev üçün müraciətimə belə reaksiya verirlər. Belə çıxır ki, mən sizdən deyiləm? Evi olan, ya olmayan müraciət edir, bu onların düşüncəsidir. Haqqımda yazılanlar cəfəngiyyatdır. Bu cür yazanlar fəaliyyətimə paxıllıq edənlər, yaxşı işlərimi gözü götürməyənlərdir”.