Azərbaycan jurnalistləri üçün tikilən ikinci bina gələn ilin yayında təhvil veriləcək.
Azərbaycan jurnalistləri üçün tikilən ikinci bina gələn ilin yayında təhvil veriləcək.
TİA.AZ -ın məlumatına görə, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Millət vəkili bildirib ki, hazırda binada tamamlama işləri gedir:
“Mənzillərin yaxın aylarda jurnalistlərə təqdim olunması mümkün olmayacaq. Mənzillər gələn ilin yayında, 22 iyul – Milli Mətbuat Günündə jurnalistlərə təqdim olunacaq”.