“Yağış zamanı Binəqədidə müəyyən gölməçələr yarandı. Onu da iki-üç gün ərzində yox eləyə bildik”.
“Yağış zamanı Binəqədidə müəyyən gölməçələr yarandı. Onu da iki-üç gün ərzində yox eləyə bildik”.
TİA.AZ xəbər verir ki, bu sözləri ATV-Xəbərə açıqlamasında Bakı meri Hacıbala Abutalıbov deyib.
O, hadisəni işıqlandıran jurnalistlərə məsləhət də verib:
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Amma siz jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratın subasmasını görmədiz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?”