backend

“Jurnalistlər siyasətçiləri qorumalıdır”- Hadi Rəcəbli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bəzi jurnalistlərə iradını bildirib. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bəzi jurnalistlərə iradını bildirib.

TİA.AZ xəbər verir ki, H.Rəcəbli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında artıq əksər media orqanları ilə əməkdaşlıq etmədiyini söyləyib:

“Mən bir neçə media qurumları ilə əməkdaşlıq edirəm. Çünki artıq buna mıcbur qalmışam, fikirlərim düzgün təqdim olunmur. Bilirsiz, komitəmizin işi çox çətindir. Cərrah əməliyyat edən zaman biz ağrı hiss edirik, ona söyürük, iradımızı bildiririk. Ancaq sağaldıqdan və ağrılar keçəndən sonra həmin cərraha ömrümüz boyu təşəkkür edirik. Bəzən bizim işlərimizdə də oxşar ağrılı məqamlar ola bilir. Komitəmizin qəbul etdiyi qərarlar da bəzən insanlar tərəfindən düzgün anlaşılmaya bilər. Ancaq bütövülükdə həmin qərarlar xalqımızın gələcəyi üçündür”.

H.Rəcəbli jurnalistlərə də çağırış edib:

“Jurnalistlər siyasətçiləri qorumalıdır. Onların haqqında yalan xəbərlərin yayılmasına imkan verməməlidir”.

Milli Məclisin deputatı Musa Quliyev isə H.Rəcəblinin jurnalistlərlə bağlı “cərrah-xəstə” iradına belə cavab verib:

“Hörmətli Hadi müəllim burada obrazlı şəkildə cərrahla xəstənin münasibətlərini misal çəkib. Hadi müəllim deyir ki, cərrah xəstəni kəsən zaman ağrılar olur, ancaq sağalandan sonra ona təşəkkür edir və sairə. Əslində ağrı da olmalı deyil. Əgər ağrı olursa, bu artıq anestezioloqun təqsiridir. İndi burada da anestezioloq bizik. Sosial siyasətin anestezioloqu bizik. Siyasəti olduğu şəkildə vaxtında insanlara çatdıranda, heç bir ağrı olmur. Əgər biz passiv olanda, geri çəkiləndə, mətbuatla işləməyəndə, televiziya kanallarının efirlərinə çıxmayanda, o yerlər boş qalmır. Həmin yerlərə müxalifət və dağıdıcı qüvvələr gəlir, Prezidenti iztəməyən adamlar ortaya çıxır və onlar əks təbliğat aparmağa başlayır. Ona görə də son günlər cənab Prezidentin sosial siyasətlə bağlı ard-arda çox mühüm qərarları olub. Bunlara misal olaraq yaşayış minumunun qaldırılması, minimum əmək haqqının qaldırılması, pensiyaların sığorta hissəinin qaldırılması, məcburi köçkünlərlə və Cocuq Mərcanlı ilə bağlı fərman və sərəncamları göstərmək olar. Ona görə də biz bu sahədə hər zaman öndə olmalıyıq. Necə ki, hər zaman öndə olmuşuq, bundan sonra da öndə olacağıq”.