Ukraynada vəfat edən jurnalist İdrak Camalbəylinin nəşi bu gün Bakıya gətiriləcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Hazırda həmkarları Heydər Əliyev adına Hava Limanında onun nəşini qarşılamaq üçün gözləyirlər.
Jurnalistin nəşi dünən Kiyevdən Kişinyova yola salınıb. Moldovadan birbaşa reyslər ləğv olunduğundan, onun nəşi Türkiyəyə göndərilib. Bu gün isə İstanbul-Bakı reysi ilə Vətənə gətiriləcək.
Xatırladaq ki, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 29-da ürək tutmasından vəfat edib.