backend

Jurnalistin yandırılmış meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun paytaxtı Limada jurnalistin yandırılmış meyiti tapılıb. 

Perunun paytaxtı Limada jurnalistin yandırılmış meyiti tapılıb.


TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, 55 yaşlı Xose Yaktayonun meyiti bədəni parçalanmış və yandırılmış şəkildə çamadanda aşkarlanıb.

Jurnalistin fevralın 25-də itkin düşdüyü bildirilir. Son 12 ildə X.Yaktao müstəqil teleradio şirkətlərinin birində prodüser vəzifəsində çalışıb. Qətlin səbəbləri hələ ki, müəyyən edilməyib.

Perunun hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.