Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI

Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Jurnalistin mikrafonunu yerə atan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Uğur Ocağı” restoranın əməkdaşı cəzalandırılıb.
Tribunainfo.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, 1990-cı il tvəllüdlü Zülfiyyə Bağırova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, “Uğur Ocağı” restoranın yaxınlığında yaşayan sakinərin şikayəti əsasında televiziyalardan birinin əməkdaşı sözügedən obyektdə çəkiliş aparıb. Belə ki, restoranda səsgücləndirici vasitələrdən istifadə və canlı musiqi təşkil olunması yaxınlıqda yaşayan sakinlərin etirazına səbəb olub.
Jurnalist sözügedən obyektdə çəkiliş aparmaq istəyərkən orda kassir işləyən Zülfiyyə Bağırova onu çəkməməsini deyib və çölə çıxaraq qışqırmağa başlayıb. Təqsirlədirilən şəxs jurnalistin əlində olan mikrafonı alaraq yerə çırpıb.
O, məhkəmədə əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməycəyini bildirib və sağlamlıq vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Zülfiyyə Bağırova İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 manat cərimə edilib.