Britaniya səudiyyəli jurnalistin ələ keçiriləcəyindən xəbərdar olubmuş.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Britaniya Camal Haşoqqinin qaçırılacağını bilib və əməliyyatı ləğv etmək barədə Ər-Riyada xəbərdarlıq edib.
Lakin Səudiyyə xəbərdarlığa məhəl qoymayıb. Bu xəbəri “Daily Express” nəşri kəşfiyyat orqanlarından əldə etdiyi məlumata əsasən yayıb.
Mənbədən bildirilib ki, Haşoqqi dindirilmək üçün Səudiyyə Ərəbistanına aparılacaqdı:
Bundan başqa, Haşoqqinin yaxın dostu “Daily Express”ə bildirib ki, jurnalist Səudiyyənin Yəməndə kimyəvi silahlardan istifadə etdiyinə dair sənədlər tapmaq üzrəydi.
Xatırladaq ki, ABŞ-da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan jurnalist Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda qətlə yetirilib. Səudiyyə jurnalistin öldürüldüyünü etiraf edib. Cinayətlə bağlı 18 şübhəli saxlanılıb.