Jurnalist müğənni Nazim Pişəvarini özündən çıxartdı- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tahirə Məmmədqızının həkim Elman Əzizovu müdafiə etməsi müğənni Nazim Pişəvarini özündən çıxarıb.

 

ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində qalmaqallı anlar yaşanıb. 

TİA.AZ xəbər verir ki, veriliş müğənni Nazim Pişəvarinin əməliyyatına və əməliyyatdan sonrakı durumuna həsr olunub. 

 erilişdə qonağı olan jurnalist Tahirə Məmmədqızının həkim Elman Əzizovu müdafiə etməsi müğənni Nazim Pişəvarini özündən çıxarıb.

Nazim onu əməliyyat edən həkim Elman Əzizovu kəskin tənqid edib, jurnalist isə həkimi müdafiə edib. Nəticədə Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib və onu təhqir edib: “Görüm sənin əzizlərin də mənim günümə düşsün. O zaman mənim nələr çəkdiyimi bilərsən”

Daha sonra aparıcı Elgiz müğənnini sakitləşdirib və veriliş davam edib.

Yenicag.az-a açıqlama verən jurnalist Tahirə Məmmədqızı məsələyə belə aydınlıq gətirib:

“Nazim müalicə olunduğu ilk vaxtlarda ona zəng edib, dərdinə şərik çıxanlardan biri mən olmuşam. Ondan bu hərəkəti gözləməzdim. Verilişdə mən ona dedim ki, niyə axı həkimi günahkar sayırsan, axı məhkəmə onun günahını sübuta yetirməyib. O da üstümə gəldi və qarğış elədi. Problem bundadır ki, buradakı Milli Onkologiya Mərkəzində ona onkoloji xəstə olmasıyla bağlı diaqnoz qoyulub. Amma xarici ölkədə ona “xərçəng” xəstəsi olmadığı deyilib. Məhkəmə müəyyən etməlidir ki, günahkar kimdir. Verilişdən sonra o üstümə gəldi ki, efirdə yaranan anlaşılmazlığa aydınlıq gətirsin. Düzdür, məndən üzr istəmədi, amma məsələyə aydınlıq gətirdi. Qaldı ki, onun mənə qarğış etməsinə, xəstə adamdır. Ona nə deyim? Allah şəfa versin”.