Jurnalist Fransanı “çirkli” və “zibillik” adlandırdı – DETALLAR

Jurnalist Fransanı “çirkli” və “zibillik” adlandırdı – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyalı jurnalist Çay Bouz Fransa prezidenti Emmanuel Makronu ölkənin daxili problemlərində Rusiyanı günahlandırmağa çalışdığına görə sərt şəkildə tənqid edib.

Tribunainfo.az-ın xəbərinə görə, Bouzun cavabı noyabrın 14-də sosial mediada dərc olunub.

“Həqiqət budur ki, Paris çirkli zibillikdir. İndi bu, Rusiyanın dezinformasiyasıdır”, – Bouz yazıb.

Xatırladaq ki, Fransa prezidenti ölkəsində böcəklərin yayılması ilə bağlı xəbərlərin Rusiya saxtakarlığı olduğunu iddia etmişdi.
Makron Rusiya mediasını Fransa sakinlərinin kütləvi çarpayılarda yaranan böcəklərdən əziyyət çəkdiyi barədə yalan məlumatlar yaymaqda ittiham etmişdi.

Qeyd edək ki, Makronun açıqlamalarına rəğmən, Fransadakı çarpayı problemi Rusiya mediasının mifi deyil, reallıqdır. Məsələn, Fransanın BFMTV telekanalı bildirib ki, Marseldəki Avropa Sivilizasiyaları Muzeyi ötən il yataq böcəklərinin çoxluğuna görə bağlanıb.

Dəniz Pənahova