TİA.AZ xəbər verir ki,tanınmış jurnalist Əvəz Zeynallı öz profil səhifəsində “Nissan” şirkətinin Azərbaycandakı servisinin göstərdiyi xidmət haqda status paylaşıb. Statusunda Əvəz Zeynallı “Nissan” servisini kəskin tənqid edib.Həmin statusu olduğu kimi təqdim edirik:
“Nissan” qədər fırıldaqçı və yalan dolu, bahalı və keyfiyyətsiz servis görmədim. Yapon avtomobilləri nə qədər yaxşıdırsa, onların avtomobillərindən nə qədər razıyamsa, onların Azərbaycandakı servislərindən – bu möhtəkirlərdən də o qədər narazıyam. Müştərilərin çoxunda da bunu hiss etmişəm. 1072 manat qiymət qoyduqları işlərin hamısını dünən başqa yerlərdə daha keyfiyyətli şəkildə 350 manata etdirmişəm. Servis rəsmən dələduzluq edir…”
TİA.AZ