“Azad Azərbaycan” Müştəqil Tele-Radio Kompaniyası məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, ATV ilə bağlı iddianı jurnalist Hafiz Babalı Ərköyün oğlu qaldırıb. İş şərəf və ləyaqətin müdafiəsi üzrədir. İddiaçı KİV-in tərəf olduğu şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə məhkəməyə müraciət edib.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 8 avqust tarixində hakim Elnur Həsənovun sədrliyi ilə işə baxılacaq.
Nigar