Jurnalist Afət Telmanqızının evi qarət edildi

Jurnalist Afət Telmanqızının evi qarət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızının evi qarət olunub. Bu barədə o, “Facebook” hesabında yazıb.

Jurnalistin sözlərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatından və ailəsi ilə Xankəndi şəhərinə köçəndən sonra mənzilinin kirayə elanını verib:

“Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib, bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə videogörüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub (Kompüter, planşet, telefon və sair)”.