Juninyonun durumu necədir?

Juninyonun durumu necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 23-cü turunda “Qəbələ”yə qarşı matçda (4:0) zədələnən Juninyonun son durumu haqda danışıb.

O, matçdan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: “İndi qəti nəsə deyə bilmərəm. Amma böyük ehtimalla problem olacaq. Sabah dəqiq bilinəcək”.

Qeyd edək ki, Juninyo 40-ci dəqiqədə zədələnib və Leandro Andrade ilə məcburi əvəzlənib.