Joze Mourinyonu gözləyən cəza açıqlandı

Joze Mourinyonu gözləyən cəza açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ziraat Türkiyə Kubokunda “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edən “Qalatasaray” yarımfinala yüksəlib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Kadıköydəki matçdan sonra Joze Mourinyo Okan Burukun burnunu çimdikləyib.

Hadisədən sonra qırmızı vərəqə alan Mourinyonu gözləyən cəza açıqlanıb. Portuqaliyalı məşqçi “qeyri-idman hərəkəti”nə görə PFDK-ya göndərilsə, 1-3, “hücum” səbəbilə PFDK-ya göndərilsə, 5-10 oyunluq cəza ala bilər.

Fənərbaxçanın baş məşqçisi Joze Mourinyonun hadisələrin ardından PFDK-ya sövq edilməsi gözlənilir.

Joze Mourinyo Futbol İntizam Reqlamentinin 44-cü maddəsində “Hücum”a görə Futbol İntizam Şurasına göndərilərsə, o, 5-10 oyunluq cəza ala bilər.

 

Dəniz Pənahova