Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında iddia edib ki, guya, Azərbaycan eksalasiyaya hazırlaşır. Tribunainfo.az xəbər verir ki, Paşinyanın bu açıqlaması ilk deyil və zaman-zaman dilə gətirdiyi mövzulardandır.
Lakin bu dəfə Azərbaycandan ona cavab verməyə gərək qalmayıb. Səbəb isə elə erməni mediasının Ermənistanın baş nazirini sübutlu tənqid etməsidir.
İrəvanda nəşr olunan “Joqovurd” qəzeti bu barədə yazıb ki, Nikol Paşinyanın sözügedən açıqlaması blefdir. Nəşr qeyd edib ki, erməni baş nazirin məqsədi ölkədə qorxu mühiti yaratmaqdır. “Paşinyan deyir ki, Azərbaycan ekslasiyaya hazırlaşır. Amma onun yaratdığı Xarici Kəşfiyyat Xidməti tamam başqa fikirdədir. Çünki bu yaxınlarda XKX 2025-ci il üçün açıqladığı proqnozlarında Ermənistana Azərbaycan tərəfindən hər hansı hücum edilməyəcəyi qeyd edilib. Belə görünür ki, Paşinyan nə dediyini heç özü də bilmir”.