İrəvanda konsert verməyə hazırlaşan məşhur müğənni Cenefer Lopez (JLO) böyük sərvət qazanacaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə yerli erməni mediası məlumat yayıb.
Həmin xəbərdə deyilir ki, JLO-nun konsertində 50 minə yaxın tamaşaçı iştirak edəcək. İrəvandakı mərkəzi stadionda baş tutacaq konsertə görə isə 6 milyon dollar ayrılıb.
Təşkilatçılar bildirib ki, JLO-nun konsertində iştirak edənlərin 15 min nəfəri xaricdən gələnlər olacaq. Biletin qiymətləri ilə bağlı məlumat verilməsə də, Ermənistanın dövlət büdcəsindən JLO-nun bir günlük yemək və qalmaq xərcləri üçün 37 min dollar ayrıldığı vurğulanır.
Fərda Uğur